Ötən gün Azərbaycanda 90 cinayət faktı qeydə alınıb

Ötən gün Azərbaycanda 90 cinayət faktı qeydə alınıb
# 04 fevral 2017 10:14 (UTC +04:00)

Ötən gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 90 cinayət faktı qeydə alınıb, onların da 35-i “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 23 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR