Parisdə Azərbaycan dili dərslərinin tədrisinə başlanılıb

Parisdə Azərbaycan dili dərslərinin tədrisinə başlanılıb
# 11 sentyabr 2017 10:11 (UTC +04:00)

Paris Azərbaycan Evi Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə Paris və Paris ətrafında yaşayan məktəblilər üçün həftəsonu Azərbaycan dili dərslərinin tədrisini bu il də davam etdirəcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, artıq 4 ildir fəaliyyət göstərən həftəsonu məktəbində yeni tədris ilinin ilk dərsi keçirilib. Azərbaycan Evinin sədri, məktəbin direktoru Mirvari Fətəliyeva yeni dərs ilinin başlaması münasibətilə uşaqları və valideynləri təbrik edərək Azərbaycan dili dərsləri haqqında məlumat verib. Eyni zamanda, bu ölkədə doğulub böyümüş azərbaycanlı uşaqların gələcəkdə milli mənsubiyyət problemlərinin yaranmaması üçün, doğma ölkələrinə bağlılığını təmin etmək məqsədilə həftəsonu dərslərinin rolunun böyük olduğunu qeyd edib.

Vətəndən kənarda dilimizin öyrənilməsi uçun həyata keçirilən bu layihə Azərbaycan mədəniyyətini təbliğ edən Paris Azərbaycan Evinin uğurlu layihələrindən biridir. Dərslərdə şagirdlərə Azərbaycan dili və ədəbiyyatı, tarixi, coğrafiyası, həmçinin zəngin mədəniyyəti tədris olunur.

Dərslər iki sinifdən ibarət olaraq 5-12 yaşlı uşaqlar üçün nəzərdə tutulub . Təmənnasız olaraq keçirilən dərsləri saat yarım ərzində Mehri Quliyeva və Nazilə Şəfiyeva tədris edir.

Tədris ilinin ilk günündə şagirdlərə dərsliklər, dərs ləvazimatları paylanılıb, dərsin mövzusu isə dövlət atributlarına və ana dili qrammatikasına həsr edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR