Tovuz sakinini qətlə yetirən şəxs saxlanılıb - YENİLƏNİB-1

Tovuz sakinini qətlə yetirən şəxs saxlanılıb - <span style="color: red;">YENİLƏNİB-1
# 12 dekabr 2016 17:45 (UTC +04:00)

Tovuz rayon sakinini qətlə yetirən şəxs saxlanılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Yanıqlı kənd sakini, 1973-cü il təvəllüdlü Rüfət Əliyevi bıçaqlayaraq qətlə yetirən şəxs, onun həmkəndlisi, 1964-cü il təvəllüdlü Ramiz Nəcəfov saxlanılıb.

İlkin məlumata görə, hər iki şəxs bir yerdə yeyib içdikdən sonra sərxoş vəziyyətdə mübahisə ediblər və sonda qətl törədilib.

***

18:15

Tovuz rayonunda bıçaqlanan şəxs xəstəxanada vəfat edib.

Bu barədə APA-nın qərb bürosuna Tovuz Mərkəzi Rayon Xəstəxanasından bildirilib. Məlumata görə, həkimlərin səyinə baxmayaraq 1973-cü il təvəllüdlü Rüfət Əliyevi xilas ermək mümkün olmayıb.

***

17:30

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Yanıqlı kənd sakini, 1973-cü il təvəllüdlü Rüfət Əliyev döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onun bıçaqlandığı bildirilsə də, hadisəsinin kim tərəfindən törədildiyi məlum deyil.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR