Azərbaycanda iki həftə əvvəl 68 yaşlı qadını evində boğaraq öldürən şəxslər tutulub - VİDEO

Azərbaycanda iki həftə əvvəl  68 yaşlı qadını evində boğaraq öldürən şəxslər tutulub - <span style="color: red;">VİDEO
# 10 sentyabr 2015 13:10 (UTC +04:00)

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, avqustun 26-da Şüvəlan qəsəbəsi Almaz İldırım küçəsi döngə 4, ev 16 A ünvanında yaşayan, 1947-ci il təvəllüdlü Həsənova Əzizə Şeydulla qızını yaşadığı mənzildə qətlə yetirən şəxslərin 1990-cı təvəllüdlü Qədirov Muxtar Şahmar oğlu və 1989-cu il təvəllüdlü İsgərərov Rüfət Hümbət oğlu olmaları müəyyən edilib və onların hər ikisi saxlanılıb.

Saxlanılan şəxslər cinayəti tamah məqsədi ilə törətdiklərini etiraf ediblər.

Qeyd edək ki, Ə. Həsənovanın meyiti yaşadığı evdə aşkar edilib. O, boğularaq qətlə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR