Dələduzluqda təqsirləndirilən ADU tələbəsinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb

Dələduzluqda təqsirləndirilən ADU tələbəsinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb
# 15 sentyabr 2017 10:27 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbəsi Kənan Əhmədlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses sentyabrın 22-də davam etdiriləcək.

İttihama görə, K. Əhmədli özgənin əmlakını ələ keçirmək məqsədilə ucuz qiymətə ABŞ-dan telefon sifariş verib Azərbaycana gətizdirmək iqtidarında olması haqqında sosial şəbəkələrdə yalan status yazıb. Bu yolla ona müraciət edən Mahir Seyidzadənin 8450 ABŞ dolları pulunu alıb, lakin vədinə əməl etməyib.

O, bir neçə zərərçəkmiş şəxsə də 13 min 494 manat məbləğində ziyan vurub.

Barəsində həbs qətimkan tədbiri seçilən K. Əhmədliyə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR