“İçəri Şəhər” filmi Hindistanda keçirilən Beynəlxalq Film Festivalına dəvət alıb

“İçəri Şəhər” filmi Hindistanda keçirilən Beynəlxalq Film Festivalına dəvət alıb
# 05 yanvar 2017 10:41 (UTC +04:00)

“İçəri Şəhər” bədii filmi Hindistanın 15-ci “Pune” Beynəlxalq Film Festivalının dünya kinosu bölümünə dəvət alıb. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, festival yanvarın 12-dən 19-dək Puna şəhərində keçiriləcək.

Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

“İçəri Şəhər” filmi Misirin 38-ci Qahirə Beynəlxalq Film Festivalı, 47-ci Hindistan Beynəlxalq Film Festivalı (Qoa), Estoniyanın 20-ci Tallin “Qaranlıq gecələr” Film Festivalı və Hindistanın 21-ci Kerala Beynəlxalq Film Festivalında da nümayiş olunub. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci “Van gölü” Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.

Psixoloji dram janrında lentə alınan ekran əsərinin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR