Papua-Yeni Qvineya Kosovonun müstəqilliyini tanımaqdan vaz keçib

Papua-Yeni Qvineya Kosovonun müstəqilliyini tanımaqdan vaz keçib
# 06 iyul 2018 05:44 (UTC +04:00)

Papua-Yeni Qvineya Kosovonun müstəqilliyini tanımaqdan vaz keçib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Serbiya XİN-in məlumatında bildirilir.

Məlumata görə, müvafiq diplomatik nota Serbiya XİN-ə iyunun 27-də daxil olub.

Beləliklə, Papua-Yeni Qvineya Kosovonun müstəqilliyini tanımaqdan vaz keçmiş altıncı ölkə olub.

Bundan əvvəl Liberiya, Surinam, San-Tome və Prinsipi, Qvineya-Bisau və Burundi analoji addım atıb.

Hazırda 100-dən çox ölkə Kosovonun müstəqilliyini tanıdığını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR