Azərbaycanda həbs olunan Türkiyə vətəndaşının məhkəməsi başlayıb

Azərbaycanda həbs olunan Türkiyə vətəndaşının məhkəməsi başlayıb
# 31 oktyabr 2016 13:10 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Türkiyə vətəndaşı Kaplan Yaşar Mustafanın öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyinin təqdimatı üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, məhkəmədə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı noyabrın 4-nə təyin edilib.

Qeyd edək ki, K. Y. Mustafa Türkiyədə insan alverində təqsirləndirilərək axtarışda olub. O, Azərbaycan ərazisində həbs olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR