MN: Azərbaycan Ordusu düşmənin istənilən mühəndis istehkam qurğularını və atəş nöqtələrini qısa müddətdə məhv etməyə və susdurmağa qadir olan silahlara malikdir

MN: Azərbaycan Ordusu düşmənin istənilən mühəndis istehkam qurğularını və atəş nöqtələrini qısa müddətdə məhv etməyə və susdurmağa qadir olan silahlara malikdir
# 22 avqust 2017 15:09 (UTC +04:00)

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin polkovniki Qrayr Atoyanın, guya ön xətt mövqelərində yeni atəş nöqtələrinin, səngər və tranşeylərin yaradılması, həmçinin ən müasir müşahidə cihazları ilə təmin edilməsi barədə fikirlərinə cavab verib.

Nazirlikdən APA-ya bildirilib ki, Ermənistan ordusunun polkovniki Qrayar Atoyanın növbəti açıqlaması ermənisayağı uğursuz blefdən başqa bir şey deyil: “2016-cı ilin aprel döyüşləri düşmən ordusunun yaratdığı səngərlərin bölmələrimizin əks- zərbələrinə qarşı nə qədər dözümlü olduğunun əyani sübutudur. Bu gün Azərbaycan Silahlı Qüvvələri düşmənin istənilən mühəndis istehkam qurğularını və atəş nöqtələrini qısa müddətdə məhv etməyə və susdurmağa qadir olan silahlara yetərincə malikdir. Düşmən səngərləri və onun bütün fəaliyyəti sutkanın 24 saatı ərzində, istənilən hava şəraitində Silahlı Qüvvələrimiz tərəfindən müşahidə edilir. Azərbaycan Ordusu ön xətt bölmələrinin ən müasir vizual, optik, teplovizor müşahidə qurğuları ilə təmin edildiyi də artıq heç kim üçün yenilik deyil. Azərbaycan tərəfi əldə edilən taktiki üstünlüyü qoruyub saxlamaq istiqamətində işləri daima davam etdirir və düşmənin heç bir hərəkəti cavabsız qalmır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR