Balakəndə orta əsrlərə aid Alban məbədi tapılıb

Balakəndə orta əsrlərə aid Alban məbədi tapılıb
# 22 iyul 2017 13:59 (UTC +04:00)

Balakən rayonunda orta əsrlərə aid Alban məbədi aşkarlanıb.

APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Qafqaz Albaniyası xristian abidələrinin arxeoloji tədqiqi ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Natiq Alışov bildirib ki, Balakən rayonunun Tülü kəndində “Tülü türbəsi” kimi qeydiyyata düşmüş abidə ətrafında aparılan arxeoloji qazıntılar və təhqiqatlar nəticəsində bir sıra mühüm tarixi faktlar ortaya çıxıb.

Məlumata görə, uzun illər kiçik bir türbə kimi qeydiyyata alınan və qorunan bu abidənin ətrafında aparılan araşdırmaların nəticələr bunu deməyə əsas verir. Təqribən 150 kvadratmetr ərazidə aparılan arxeoloji qazıntılar nəticəsində burada ümumi uzunluğu 12,7 metr, eni isə kənarlardan 6,7 və 7,4 metr olan erkən xristianlıq dövrünə aid olduğu güman edilən məbəd aşkar edilib. Yaxın gələcəkdə tarixi abidənin kompleks şəklində tədqiq edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 26 tarixi abidənin qeydiyyata alındığı Balakən rayonunda hələ tədqiqata ehtiyacı olan 100-dən çox abidə və tikili var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR