İrandan Azərbaycana psixotrop maddənin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana psixotrop maddənin keçirilməsinin qarşısı alınıb
# 13 oktyabr 2016 08:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, İrandan Azərbaycana idarə etdiyi “Iveco” markalı yük avtomobili ilə gələn İran vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, idarənin “Qoşa Təpə” gömrük postunda aparılan yoxlama zamanı sözügedən vətəndaşın fürsətdən istifadə edərək şalvarının cibindən çıxararaq yerə atdığı plastmas borucuğun içindəki bir ədəd bükümdə, xalis çəkisi 0,335 qram olan metamfetamin aşkar olunaraq götürülüb.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR