Tovuzda iriçaplı patronun partlaması nəticəsində üç nəfər xəsarət alıb - YENİLƏNİB - VİDEO

Tovuzda iriçaplı patronun partlaması nəticəsində üç nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 14 iyul 2015 10:30 (UTC +04:00)

Bakı. Fuad Cəfərov, Azər Məmmədli - APA. Tovuzda partlayış baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 13-də Tovuz rayonunun Əlibəyli kəndində yaşayan İslam Xanbabayevin həyətində tikinti işləri aparılarkən onun qonağı, Bakı şəhər sakini Tuncay Xanbabayevin tapdığı iriçaplı patron partlayıb.

T. Xanbabayev, bacısı Nərmin və qohumu Dürdanə Nağıyeva xəsarət alıb və xəstəxanaya yerləşdiriliblər.

APA-nın Qərb bürosu xəbər verir ki, T. Xanbabayevin vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanalardan birinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR