Millimiz Avropa kubokunu 3 medalla bitirib

Millimiz Avropa kubokunu 3 medalla bitirib
# 03 mart 2019 20:22 (UTC +04:00)

Polşanın paytaxtı Varşavada kişi cüdoçular arasında açıq Avropa Kubokuna başa çatıb. ONA-nın məlumatına görə, yarışın ilk günündə 1 qızıl və 1 gümüş medal qazanan Azərbaycan millisi bu gün daha 1 mükafata sahib olub.

Medalı ölkəmizə Şahin Qəhrəmanov qazandırıb. +100 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz turniri 3-cü pillədə başa vurub. O, bürünc medal döyüşündə fransalı Messye Katanqanı məğlub edib.

Yekunda 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan millimiz komanda hesabında 35 ölkə arasında ikinci olub.

Qeyd edək ki, Qəhrəmanovdan öncə Oruc Vəlizadə (60 kq) birinci, İbrahim Əliyev (66 kq) ikinci yeri tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR