Hava yağmursuz keçəcək, duman, çiskin olacaq

Hava yağmursuz keçəcək, duman, çiskin olacaq
# 11 noyabr 2016 09:31 (UTC +04:00)

Bakı və Abşeron yarımadasında noyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə 9-11° isti, gündüz 14-17° isti, Bakıda gecə 9-11° isti, gündüz 15-17° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yuxarı 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 75-85%, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 5-10° isti, gündüz 14-17° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR