Şəki rayon xəstəxanasına yeni baş həkim təyin olunub

Şəki rayon xəstəxanasına yeni baş həkim təyin olunub
# 04 may 2018 16:15 (UTC +04:00)

Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) yeni baş həkim təyin olunub.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmrinə əsasən, Elçin Oqtay oğlu Əmirov Şəki MRX-nın baş həkimi vəzifəsinə təyin olunub.

Buna qədər xəstəxananın baş həkimi vəzifəsini Azad Novruzov icra edib. Bu ilin aprelində A. Novruzov öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR