Səfir: "Qazaxıstan prezidenti Azərbaycanla ticarət dövriyyəsinin ikiqat artırılması üçün tapşırıqlar verib"

Səfir: "Qazaxıstan prezidenti Azərbaycanla ticarət dövriyyəsinin ikiqat artırılması üçün tapşırıqlar verib"
# 26 oktyabr 2017 10:12 (UTC +04:00)

"Bu ilin sonunadək Qazaxıstan və Azərbaycan hökumətlərarası komissiyalarının görüşü olacaq".


APA-nın xəbərinə görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev bugünkü mətbuat konfransında deyib.


O qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi azalıb: "Bu da dünyada müşahidə edilən qlobal iqtisadi böhranla əlaqəlidir. Qazaxıstan prezidenti Nursultan Nazarbayev də iki ölkə arasında ticarət dövriyyəsinin 2 dəfədən çox artırılması üçün tapşırıqlar verib. Bu ilin 9 ayı ərzində ticarət dövriyyəsində 12-15% artım müşahidə edilir".


Səfir bildirib ki, hökumətlərarası komissiyanın görüşündə iqtisadi əməkdaşlığın inkişafına dair bütün sahələr üzrə aktual məsələlər müzakirə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR