İmişlidə mağazadan oğurluq edən şəxs tutulub

İmişlidə mağazadan oğurluq edən şəxs tutulub
# 27 mart 2018 12:37 (UTC +04:00)

İmişlidə oğurluqda şübhəli bilinən 23 yaşlı gənc saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli rayonunun Meliorator qəsəbə sakini Nuri Emin Habil oğlu martın 12-də ərizə ilə İmişli rayon Polis Şöbəsinə müraciət edərək həmin tarixdə gecə saatlarında ona məxsus, Yalavac kəndi ərazisində yerləşən ərzaq mağazasından naməlum şəxslər tərəfindən 1000 manat dəyərində siqaret və sair ərzaq məhsulları oğurlandığını bildirib. Həmin fakt üzrə cinayət işi açılıb və keçirilən əməliyyat-istintaq tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən İmişli rayon Meliorator qəsəbə sakini, 1994-cü il təvəllüdlü Mehrəliyev Vasif Nuru oğlu saxlanılıb.

İstintaqla müəyyən edilib ki, saxlanılan şəxs martın 12-də gecə saat 3.00 radələrində həmin mağazanın dam örtüyünü sökməklə ora daxil olaraq oradan oğurluq edib.

Faktla bağlı İmişli Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR