Qaradağ rayonunun bəzi qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq

Qaradağ rayonunun bəzi qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq
# 10 sentyabr 2015 14:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Abşeron və Siyəzən magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən xəbərə görə,sentyabrın 11-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Puta” və Siyəzən magistral qaz kəmərləri sahəsinin “Şurabad” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Qaradağ rayonunun Korgöz və Qızıldaş qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Siyəzən və Xızı rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR