İran Şimali İraq Kürdüstan Muxtariyyəti ilə aviaəlaqəni dayandırıb

İran Şimali İraq Kürdüstan Muxtariyyəti ilə aviaəlaqəni dayandırıb
# 24 sentyabr 2017 14:55 (UTC +04:00)

İran və Şimali İraq Kürdüstan Muxtariyyəti arasında aviaəlaqə müvəqqəti dayandırılıb.

APA-nın məlumatına görə, bu barədə “Fars News” agentliyi İran hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

İran və Şimali İraq Kürdüstan Muxtariyyəti arasında aviaəlaqə rəsmi Bağdadın tələbi ilə dayandırılıb.

Qeyd edək ki, Şimali İraq Kürdüstan Muxtariyyətinin rəhbəri Məsud Bərzani sentyabrın 25-də müstəqilliklə bağlı referendum keçiriləcəyini bəyan edib. İraq hökuməti, o cümlədən qonşu Türkiyə və İran referendum qərarını qanunsuz sayır və təxirə salınmasını istəyir. Türkiyə və İran orduları Şimali İraq Kürdüstan Muxtariyyəti ilə sərhəddə hərbi təlimlərə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR