Lənkəranda avtomobil aşıb, sürücü xəsarət alıb

Lənkəranda avtomobil aşıb, sürücü xəsarət alıb
# 25 may 2018 18:46 (UTC +04:00)

Lənkəranda yol-nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın cənub bürosunun məlumatına görə, şəhər ərazisində baş verən hadisə zamanı "Mercedes" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və sürücü maşını aşırıb.

Nəticədə avtomobilin sürücüsü, şəhər sakini, 1978-ci il təvəllüdlü Miri Mirməhəmməd oğlu Miriyev xəsarət alıb. Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Baş nahiyəsindən xəsarətlər alan M. Miriyevə tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR