Nazirlik Bakıda ağacların qanunsuz kəsilməsi ilə bağlı polisə müraciət edib

Nazirlik Bakıda ağacların qanunsuz kəsilməsi ilə bağlı polisə müraciət edib
# 30 may 2018 12:16 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Səbail rayonu, İstiqlaliyyət küçəsi 71B ünvanında ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub.

ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Əraziyə keçirilən baxış zamanı köküstə yaş 40 sm diametrliyində 2 ədəd göyrüş ağacının kəsildiyi və təbiətə 2400 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub və qanun pozucusunun müəyyənləşdirilməsi məqsədilə Bakı şəhər Baş Polis İdarəsinə məktub göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR