Bakı-Qazax magistralında avtomobil maneəyə çırpılıb, sərnişin ölüb - FOTO

Bakı-Qazax magistralında avtomobil maneəyə çırpılıb, sərnişin ölüb - <span style="color: red;">FOTO
# 24 sentyabr 2017 16:14 (UTC +04:00)

Bakı-Qazax magistralında ağır qəza baş verib.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Goranboy rayonu, Dəliməmmədli şəhəri ərazisində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2199” markalı avtomobilin yolun kənarında olan dəmir maneəyə çırpılması nəticəsində sərnişin 1953-cü il təvəllüdlü Qasımova Şəfiqə Alı qızı ağır, sürücü isə yüngül xəsarət alıb. Ş. Qasımova xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR