Qubada həyat yoldaşını baltalayan şəxs 18 il azadlıqdan məhrum edilib

Qubada həyat yoldaşını baltalayan şəxs 18 il azadlıqdan məhrum edilib
# 09 oktyabr 2017 14:40 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Murad Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, M. Ələsgərov 18 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, bu il mayın 22-də Quba rayonunun Güləzi kəndində yaşayan Murad Ələsgərov evində həyat yoldaşı Ulduz Ələsgərovaya 5 dəfə balta ilə zərbə endirib. Ulduz Ələsgərova aldığı zərbələrdən ölüb.


M.Ələsgərov könüllü olaraq Quba RPŞ-yə gələrək istintaqa təslim olub.

Qətlə qısqanclıq zəminində baş verən münaqişə səbəb olub.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR