Saakaşvili Ukraynadan siyasi sığınacaq istəyib

Saakaşvili Ukraynadan siyasi sığınacaq istəyib
# 03 oktyabr 2017 15:22 (UTC +04:00)

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynadan siyasi sığınacaq istəyib.

APA-nın “Ukrainski Novini” nəşrinə istinadən verdiyi məlumata görə, bunu Saakaşvilinin vəkili Markiyan Qalabala deyib.

Onun sözlərinə görə, Ukraynanın Miqrasiya Xİdməti hələlik Saakaşvilinin müraciətinə cavab verməyib. Halbuki qanuna görə, siyasi sığınacaqla bağlı müraciətə 24 saat ərzində cavab verilməlidir.

Bildirilir ki, Ukrayna hökuməti siyasi sığınacaq istəyən Saakaşvilini ekstradisiya edə bilməz.

Qeyd edək ki, Gürcüstan tərəfi Ukraynadan Saakaşvilinin ekstradisiyasını tələb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR