Azərbaycanın bölgələrində uşaq psixi sağlamlıq bölmələri yaradılıb - SİYAHI

Azərbaycanın bölgələrində uşaq psixi sağlamlıq bölmələri yaradılıb - <span style="color: red;">SİYAHI
# 26 yanvar 2018 10:59 (UTC +04:00)

Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanın regionlarında uşaq psixi sağlamlıq bölmələrinin yaradılması barədə əmr imzalayıb.

APA-nın xəbərinə görə, əmrə əsasən İmişli, Ağcabədi, Masallı, Zaqatala, Şamaxı, Abşeron, Şəmkir və Kürdəmir rayonlarında uşaqlara tibbi xidmət göstərən ambulator – poliklinika müəssisələrində (şöbələrdə) uşaq psixi sağlamlıq bölmələri təşkil edilib və həmin bölmələrə təhkim olunmuş ərazi üzrə uşaqlara psixi sağlamlıq xidmətinin göstərilməsi üçün regional mərkəz funksiyası həvalə olunub.

Uşaq psixi sağlamlıq bölmələrinin tərkibinə rayon (şəhər) tibb müəssisələrinin mövcud ştat vahidləri və əmək haqqı fondu çərçivəsində həkim – psixiatr, loqoped, psixoloq, tərbiyəçi, müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı və əmək terapiyası üzrə təlimatçı ştatları daxil edilib.

Bölmələr psixi sağlam sahəsində ehtiyacı olan uşaq və yeniyetmələrin müayinəsini həyata keçirəcək, uşaq və yeniyetmələr arasında böhran vəziyyətləri, intiharlar, aqressiv və digər riskli davranışların profilaktikasını aparacaq, uşaq və yeniyetmələr arasında mövcud olan psixi sağlamlıqla bağlı statistik məlumatlar toplanaraq illik hesabat şəklində Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinə təqdim edəcək.

Uşaq psixi sağlamlıq bölmələrinin xidmət ərazisi üzrə bölgüsü aşağıdakı kimidir:

İmişli rayon Mərkəzi Xəstəxanası: (təhkim olunmuş ərazilər) Saatlı, Beyləqan, Füzuli rayonları;

Ağcabədi rayon Mərkəzi: Bərdə, Ağdam, Tərtər rayonları;

Masallı rayon Mərkəzi Xəstəxanası: Biləsuvar, Cəlilabad, Yardımlı rayonları;

Zaqatala rayon Mərkəzi Xəstəxanası: Balakən, Qax rayonları;

Şamaxı rayon Mərkəzi Xəstəxanası: İsmayıllı, Ağsu rayonları;

Abşeron rayon Mərkəzi Xəstəxanası: Qobustan rayonu;

Şəmkir rayon Mərkəzi Xəstəxanası: Tovuz, Qazax, Ağstafa, Gədəbəy rayonları;

Kürdəmir rayon Mərkəzi Xəstəxanası: Göyçay, Ağdaş, Ucar, Zərdab rayonları;

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR