Masallıda oğurluqla məşğul olan iki nəfər tutulub

Masallıda oğurluqla məşğul olan iki nəfər tutulub
# 27 noyabr 2016 17:22 (UTC +04:00)

Masallıda silsilə oğurluqlar törətməkdə təqsirləndirilən şəxslər zərərsizləşdirilib.

Bu barədə məlumatı APA-nın cənub bürosuna Masallı Rayon Polis Şöbəsinin (RPŞ) müstəntiqi Anar Xəlilov verib. Onun sözlərinə görə, şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun ayrı-ayrı yaşayış məntəqələrində oğurluqda şübhəli bilinən iki nəfər saxlanılıb.

İlkin araşdırmalardan məlum olub ki, rayon sakini Kamran Hüseynov bu ilin fevral ayının 1-də özgənin əmlakını ələ keçirmək məqsədilə rayonun Musaküçə kənd sakini Əlvan Heydərova məxsus yaşayış evinə gizli daxil olaraq oradan 3 200 rus rublu və 220 manat pulu oğurlayıb. Bundan sonra o, 28 aprel 2016-cı il tarixdə axşam saatlarında rayonun Türkoba kənd sakini Vüqar Hacıyevə məxsus yaşayış evinə gizli daxil olaraq oradan 1 850 manat pulu, iyunun 26-da isə tanışı Fariq İbrahimovla birgə Mollaoba kənd sakini Seyfəl Baxşəliyeva məxsus yaşayış evinə gizli daxil olaraq oradan 350 ABŞ dolları, 150 manat pulu və qızıl-zinət əşyaların oğurlayıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində Kamran Hüseynov və Fariq İbrahimovun digər bu kimi əməlləri də üzə çıxıb.


Həmçinin Kamran Hüseynov üzərindən 2 940 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Kamran Hüseynov və Fariq İbrahimov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR