Azərbaycanla BQXK arasındakı sazişin müddətinin uzadılması haqqında protokol təsdiqlənib

Azərbaycanla BQXK arasındakı sazişin müddətinin uzadılması haqqında protokol təsdiqlənib
# 04 aprel 2018 16:24 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan hökuməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında 2000-ci il 1 iyun tarixli sazişin qüvvədəolma müddətinin uzadılması haqqında protokolun təsdiq edilməsi barədə sərəncam imzalayıb.

APA-nın məlumatına görə, 2018-ci il fevralın 5-də Bakı şəhərində imzalanmış protokol qüvvəyə mindikdən sonra Ədliyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi isə protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Beynəlxalq Qızıl Xaç Komitəsinə bildiriş göndərməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR