“Azercell” 2017-ci ildə abunəçilərinə 15 mln. manatlıq smartfon təqdim edəcək

“Azercell” 2017-ci ildə abunəçilərinə 15 mln. manatlıq smartfon təqdim edəcək
# 29 noyabr 2016 09:56 (UTC +04:00)

“Azercell” şirkəti 2017-ci ildə abunəçilərinə 15 mln. manatlıq smartfon təqdim edəcək.

APA-Economics”in məlumatına görə, bunu “Azercell” şirkətinin prezidenti Vahid Mürsəliyev “Bakutel-2016” sərgisi çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

“Növbəti il 15 mln. manatlıq smartfon gətirib abunəçilərimizə müxtəlif kampaniyalar çərçivəsində paylamaq istəyirik ki, onlar da mobil internetdən istifadə edə bilsinlər”, - deyə “Azercell” prezidenti qeyd edib.

V.Mürsəliyevin sözlərinə görə, bu smartfonların əksəriyyəti “İPhone” modeli olacaq.

Şirkət prezidenti bu il ilkin mərhələdə 2 minə qədər “İPhone 7” smartfonunun abunəçilərə verildiyini əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR