Bu ilin 4 ayında banklar 75 mln. manatdan çox ipoteka kredit verib

Bu ilin 4 ayında banklar 75 mln. manatdan çox ipoteka kredit verib
# 05 iyun 2018 14:53 (UTC +04:00)

2018-ci il mayın 1-nə Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 26,1 mln. manat təşkil edib.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu, mart ayı ilə müqayisədə 68,4% və ya 10,6 mln. manat artım deməkdir.

Bununla belə, bu ilin yanvar-aprel aylarında banklar tərəfindən 75,4 mln. manatlıq ipoteka krediti verilib.

Aprel ayında dövlət büdcəsindən Azərbaycan İpoteka və Kredit Zəmanət Fonduna vəsait ayrılmayıb.

Cari ilin aprelində Fond 16,3 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.

Yanvar-aprel aylarında Fond Bakı Fond Birjasında 20 mln. manatlıq istiqraz yerləşdirib.

Fondun ipoteka portfeli üzrə göstəricilərə gəlincə, bu il mayın 1-nə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 46,409 min manat, orta müddəti 281 ay, orta faiz dərəcəsi 6,62%, aylıq ödəniş isə 330,5 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR