Bağlanan 10 bankın əmanətçilərinə 681 mln. manat kompensasiya ödənilib

Bağlanan 10 bankın əmanətçilərinə 681 mln. manat kompensasiya ödənilib
# 08 noyabr 2016 09:20 (UTC +04:00)

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, "Parabank" ASC-nin qorunan əmanətçilərinə 42 mln. 756 min manat, "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 52 mln. 242 min manat, "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 26 mln. 925 min manat və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 16 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 124 mln. 939 min manatdan artıq kompensasiya verilib.

"Atrabank" ASC-nin qorunan əmanətçilərinə 14 mln. 179 min manat, "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 mln. 880 min manatdan artıq kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. manatdan artıq kompensasiya ödənilib.

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 mln. 117 min manat, "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 969 min manat, "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 120 mln. manatdan artıq kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 mln. manatdan artıq kompensasiya ödənilib.

"Bank Standard" QSC-nin qorunan əmanətçilərinə 394 mln. 613 min manat artıq kompensasiya ödənişi baş tutub.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 680 mln. 760 min manatdan artıq kompensasiya ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR