Qəbələdə Dünya Kuboku yarışlarında ABŞ idmançısı komandasının ikinci qızıl medalını qazanıb - FOTO

Qəbələdə Dünya Kuboku yarışlarında ABŞ idmançısı komandasının ikinci qızıl medalını qazanıb  - <span style="color: red;">FOTO
# 11 avqust 2015 15:47 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, avqustun 11-də kişilər arasında stend atıcılığının qoşa səngər növü üzrə yarışlar keçirilib.

İştirakçılar idman atıcılığının maraqlı növlərindən biri olan bu yarışda 12 kalibrli tüfənglərdən diametri 2,55 mm-dən çox olmayan qırma patronlar vasitəsi ilə uçan hədəfləri nişan alaraq atəş açıblar. Burada hədəflər göyə xüsusi hədəf qurğularının köməyi ilə atılıb. Məlumat verilib ki, stend atıcılığı üzrə yarışlar adətən acıq meydançalarda keçirilir. Stend atıcılığının üç növü (dairəvi stend-skeet, qoşa səngər-double trap və səngər stend-trap) var.

Yarışın ilk mərhələlərində müxtəlif ölkələrdən 55 idmançı iştirak edib. Yarışın final mərhələsində isə ABŞ, Almaniya, Böyük Britaniya, Hindistan, Rusiya və Çin idmançıları mükafat uğrunda mübarizə aparıblar. ABŞ idmançısı Valton Eller rəqiblərindən daha yaxşı iştirak edərək komandasına ikinci qızıl medalı qazandırıb. Böyük Britaniya atıcısı Steven Scott ikinci, rusiyalı Vasili Mosin isə üçüncü yeri tutub. Yarışdan sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib.

Qeyd edək ki, 4 gündür keçirilən atıcılıq yarışlarında indiyədək 14 idmançı Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Qəbələdəki Dünya Kuboku yarışları həmin olimpiya oyunlarına 34 lisenziya verəcək. Atıcılığın 17 növü üzrə keçirilən bu yarışda 100-ə yaxın ölkədən 2 minə yaxın idmançı iştirak edir. Ölkəmizi bu mötəbər yarışlarda 27 idmançı təmsil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR