Azərbaycanı tərk edən sığortaçı proqnozdan 60% az mənfəət əldə edib

Azərbaycanı tərk edən sığortaçı proqnozdan 60% az mənfəət əldə edib
# 03 noyabr 2016 13:08 (UTC +04:00)

Azərbaycanın sığorta bazarını tərk edən "American International Group" (AIG) üçüncü rübü mənfəətlə başa vurub, lakin analitiklərin proqnozlarını doğrulda bilməyib. "APA-Economics" xəbər verir ki, şirkət hesabat dövründə 462 mln. dollar mənfəət əldə edib.

Ötən ilin III rübünü şirkət 231 mln. dollar zərərlə başa vurub.

Analitiklərin proqnozuna əsasən, sığortaçı bu rüb 1,13 mlrd. dollar mənfəət əldə etməli idi.

Qeyd edək ki, AIG Azərbaycanda fəaliyyət göstərən "Chartis" sığorta şirkətinin səhmdarı idi. Ötən il ABŞ şirkəti "Chartis"dəki payını "AzRe" təkrarsığorta şirkətinə satıb. Sahibi dəyişdikdən sonra şirkətin adı "Qala" sığorta şirkəti olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR