“ASAN xidmət” vasitəsilə 12 500-dən artıq “Azəriqaz” abunəçisinə xidmət göstərilib

“ASAN xidmət” vasitəsilə 12 500-dən artıq “Azəriqaz” abunəçisinə xidmət göstərilib
# 02 dekabr 2016 06:11 (UTC +04:00)

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən noyabr ayı ərzində ölkə ərazisində fəaliyyət göstərən ASAN xidmət mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

“Azəriqaz”İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, noyabr ayı ərzində Bakı şəhəri üzrə 1, 2, 3, 4, 5 saylı ASAN xidmət mərkəzlərinə, həmçinin, Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən ASAN xidmət mərkəzlərinə ümumilikdə 12544 müraciət daxil olmuş və bu müraciətlərin icrası tam təmin olunub

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR