Bakıda çimərlikdə batmaq təhlükəsi ilə üzləşmiş 3 şəxs xilas edilib

Bakıda çimərlikdə batmaq təhlükəsi ilə üzləşmiş 3 şəxs xilas edilib
# 20 avqust 2015 17:16 (UTC +04:00)

Bakı-APA. Bakıda çimərlikdə batmaq təhlükəsi ilə üzləşmiş 3 şəxs xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Sabunçu rayonunda 2 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib və dərhal nazirliyin dalğıc-xilasediciləri tərəfindən xilas edilib. Əməliyyat saat 19:05-də başa çatıb.

Bakının Suraxanı rayonunda isə 1 nəfər intihar məqsədi ilə özünü dənizə ataraq batmaq təhlükəsi ilə üzləşib və dalğıc-xilasedicilər tərəfindən xilas edilib. Əməliyyat saat 19:14-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR