Komitə: Danimarka Azərbaycan Evinin fəaliyyətini davam etdirməsi üçün zəruri yardım ediləcək

Komitə: Danimarka Azərbaycan Evinin fəaliyyətini davam etdirməsi üçün zəruri yardım ediləcək
# 11 dekabr 2017 12:32 (UTC +04:00)

“Danimarkada azərbaycanlıların yeganə mərkəzi olan Azərbaycan Evinin bağlanmasından sonra ermənilərin bizə qarşı təbliğat basqısı artıb, erməni lobbisi bunu açıq formada bayram kimi qeyd edir”.

Bunu APA-ya açıqlamasında Danimarka Azərbaycan Evinin rəhbəri Səfər Sadiqi bildirib.

O qeyd edib ki, paytaxt Kopenhagendə yerləşən ofisin bağlanma səbəbi maliyyə çatışmazlığıdır.

Danimarkada Azərbaycan səfirliyinin olmadığını, artıq 4 ildir bu ölkədə Ermənistan səfirliyinin fəaliyyət göstərdiyini xatırladan S. Sadiqi bildirib ki, Danimarkada erməni təşkilatlarına yeganə müqavimət göstərən Azərbaycan Evi idi: “Burada Azərbaycanın işğal olunmuş ərazilərinə Ermənistan vasitəsi ilə turistlər cəlb edilir və turlar təşkil edilir. Biz təşkilat olaraq buna qarşı müqavimət göstərirdik. Bundan başqa bağlanan Azərbaycan Evində azərbaycanlı uşaqlara ana dili, tarixi və milli mədəniyyəti ilə bağlı dərslər keçirilirdi. İndi artıq bütün bunlar Danimarkada yoxdur. Eyni zamanda biz Danimarka parlamentində “erməni soyqırımı”nı qəbul olunmasına qarşı müqavimət göstərib, qarşısını aldıq. Artıq Azərbaycan Evi və ofisi yoxdur. İndi ermənilər bunu bayram edir”.

Diasporla İş üzrə Dövlət Komitəsindən məsələ ilə bağlı APA-ya bildirilib ki, məsələ diqqət mərkəzindədir, mümkün tədbirlər görüləcək: “Məsələ diqqətlə araşdırılacaq. Danimarka Azərbaycan Evinin saxlanması və fəaliyyətini davam etdirməsi üçün zəruri yardımlar ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR