Şəkidə fərdi yaşayış evi yanıb

Şəkidə fərdi yaşayış evi yanıb
# 06 mart 2017 06:02 (UTC +04:00)

Şəkidə fərdi yaşayış evi yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 01:30 radələrində rayonun Baş Göynük kəndində Fikrət Ağası oğlu Səmədova məxsus, hazırda yaşayış olmayan? ümumi sahəsi 260 kv/m olan kürsülü, birmərtəbəli 6 otaqdan ibarət fərdi yaşayış evində yanğın olub. Hadisə yerinə FHN-nin Şəki rayon DYMH-nin texnikaları və canlı qüvvəsi cəlb edilib. Evin yanar konstruksiyaları və içərisində olan köhnə əşyalar yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Ev sahibinin hazırda Bakı şəhərində yaşadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR