Qusar sakininin telefonunu zorla alan şəxs tutulub

Qusar sakininin telefonunu zorla alan şəxs tutulub
# 07 avqust 2015 09:12 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Avqustun 5-də Qusar rayonunun Aladaş kəndində naməlum şəxs şəhər sakini Emin Xanbutayevə zor tətbiq edərək mobil telefonunu alıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Qusar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmyerlisi Sərxan Avadanov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR