Ədliyyə Nazirliyinin dələduzluqda təqsirləndirilən sabiq əməkdaşına hökm oxunub

Ədliyyə Nazirliyinin dələduzluqda təqsirləndirilən sabiq əməkdaşına hökm oxunub
# 03 aprel 2017 15:05 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində Ədliyyə Nazirliyinin dələduzluqda təqsirləndirilən sabiq böyük inspektoru Tahir Şəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, T. Şəbiyev zərərçəkmişə vurulan ziyanı tam ödədiyi üçün onun barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib. O, məhkəmənin qərarı ilə 2 min manat məbləğində cərimələnib.

Qeyd edək ki, T. Şəbiyev Ədliyyə Nazirliyinin böyük inspektoru vəzifəsində çalışarkən zərərçəkmiş Mehdi Süleymanovun Bakı İstintaq Təcridxanasında saxlanılan həyat yoldaşını həbsdən azad etdirəcəyini deyərək, onun təxminən 31 min manat məbləğində pulunu alıb, lakin vədinə əməl etməyib. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR