“Dövlət qulluqçularının sertifikasiyası: problemlər və perspektivlər” mövzusunda seminar keçirilib

“Dövlət qulluqçularının sertifikasiyası: problemlər və perspektivlər” mövzusunda seminar keçirilib
# 20 oktyabr 2017 09:07 (UTC +04:00)

Bakıda Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının demokratiya, yaxşı idarəçilik və sabitlik üzrə 1-ci çoxtərəfli Platforması nəzdində yaradılmış Dövlət İdarəçiliyi İslahatları Paneli çərçivəsində “Dövlət qulluqçularının sertifikasiyası: problemlər və perspektivlər” mövzusunda seminar keçirilib.

APA-nın xəbərinə görə, seminar Avropa Xarici Fəaliyyət Xidməti və Dövlət İmtahan Mərkəzinin (DİM) birgə təşkilatçılığı ilə baş tutub. Tədbirə Belarus, Ukrayna, Gürcüstan və Moldovadan olan nümayəndələr qatılıb.

Seminarda Avropa İttifaqı ilə Azərbaycan arasında inkişaf edən tərəfdaşlıq münasibətlərinin əhəmiyyəti vurğulanıb. DİM Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov bildirib ki, Mərkəz dövlət qulluğu sahəsində beynəlxalq əməkdaşlığa xüsusi önəm verir. O qeyd edib ki, “Şərq tərəfdaşlığı”nın Dövlət İdarəçiliyi İslahatları Paneli çərçivəsində aparılan təcrübə və bilik mübadiləsi faydalı olacaq.

Tədbirdə DİM əməkdaşları tərəfindən dövlət qulluğuna yeni qəbul qaydaları, dövlət qulluqçularının sertifikasiyası sahəsində tətbiq edilən yeniliklərlə bağlı təqdimatlar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR