İraq Kürdüstanı müstəqillik referendumunun təxirə salınması təklifini rədd edib

İraq Kürdüstanı müstəqillik referendumunun təxirə salınması təklifini rədd edib
# 17 sentyabr 2017 23:33 (UTC +04:00)

İraq Kürdüstanının ali seçki qurumu Qərbin müstəqillik referendumunun təxirə salınması təklifini rədd edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə referendumun keçirilməsi üzrə Ali komissiyanın bəyanatında bildirilir.

“Təkliflər region əhalisinin maraqlarına cavab vermir. Referendum əvvəl təyin olunduğu tarixdə keçiriləcək”, bəyanatda vurğulanıb.

Qeyd edək ki, İraq Kürdüstanı Yerli İdarəçiliyinin rəhbəri Məsud Bərzani sentyabrın 25-də İraq Kürdüstanında müstəqillik referendumunun keçirilməsi barədə qərar qəbul edib. İraq hökuməti və parlamenti referendumun qanunsuz olduğunu bəyan edib. ABŞ, Almaniya, Fransa və BMT nümayəndələri M.Bərzani ilə görüşərək alternativ təklif irəli sürərək referendumu təxirə salmağa çağırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR