Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun “Avtovağzal” adlanan ərazisində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını ilə "Mercedes"markalı avtomobil toqquşub.
Qəza zamanı 1994-cü il təvəllüdlü H.Abbasov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.