"PAŞA Həyat Sığorta"nın daxilolmaları 50% artıb

"PAŞA Həyat Sığorta"nın daxilolmaları 50% artıb
# 11 aprel 2017 08:03 (UTC +04:00)

Aktivlərinin ümumi həcminə görə Azərbaycanın ən iri sığorta şirkəti olan "PAŞA Həyat Sığorta" 2017-ci ilin yanvar-mart ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.

Şirkətdən "APA-Economcis"ə verilən məlumata görə, cari ilin I rübündə şirkət tərəfindən ümumilikdə 32,099 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 10,731 mln. manat və ya 50% çox olub.



Hesabat dövründə baş vermiş müxtəlif sığorta hadisələrinə görə "PAŞA Həyat Sığorta" tərəfindən ödənilən sığorta ödənişlərinin həcmi isə 1,663 mln. manat və ya 27% artaraq 7,755 mln. manata çatıb.

2011-ci ilin fevral ayından fəaliyyət göstərən həyat sığortaçısının nizamnamə kapitalı cari ilin aprel ayının 1-nə 40,250 mln. manat təşkil edib.


Şirkət müştərilərə sərfəli şərtlərlə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta” və digər könüllü həyat sığortası məhsulları təklif edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR