2017-ci ildə Azərbaycanda qızıl istehsalı 3,4 dəfə artıb

2017-ci ildə Azərbaycanda qızıl istehsalı 3,4 dəfə artıb
# 17 yanvar 2018 12:34 (UTC +04:00)

2017-ci ildə Azərbaycanda 6 390,8 kiloqram qızıl istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, 2016-cı ilin göstəriciləri müqayisədə 3,4 dəfə çoxdur. Bu ilin yanvarın 1-nə 100,6 kiloqram hazır məhsul ehtiyatı yaranıb.

Ötən il ərzində ölkədə 704,7 kiloqram gümüş istehsal edilib ki, bu da 2016-cı ilin göstəriciləri ilə müqayisədə 94,8% çoxdur. Bu ilin yanvarın 1-nə 143,9 kiloqram hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR