Bank Of Baku

Goranboyda minik maşını ilə motosiklet toqquşub, xəsarət alan var

Goranboyda minik maşını ilə motosiklet toqquşub, xəsarət alan var
# 27 oktyabr 2021 08:50 (UTC +04:00)

Goranboyda içkili vəziyyətdə olan motosikletçi qəza törədib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Qızılhacılı qəsəbəsi yaxınlığından keçən avtomobil yolunda baş verib.

“VAZ 2106” markalı maşın motosikletlə toqquşub. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan 1987-ci il təvəllüdlü Qızılhacılı qəsəbə sakini olan motosikletçi Baxşəliyev Xəyal Namiq oğlu xəstəxanaya çatdırılıb.

İlkin müayinə zamanı onun həddən artıq içkili vəziyyətdə olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR