"Wikipedia.org" ensiklopediyasının Azərbaycana dair özbək dili versiyası yaradılır

"Wikipedia.org" ensiklopediyasının Azərbaycana dair özbək dili versiyası yaradılır
# 30 mart 2017 14:47 (UTC +04:00)

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə 2016-cı ildən "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyanın Azərbaycana dair Özbək dilində məlumatlarla zənginləşdirilməsi işi həyata keçirilir. Mərkəzdən APA-ya verilən məlumata görə, qurumun direktoru Samir Abbasov bildirib ki, "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyada aparılan monitorinq nəticəsində məlum olub ki, sözügedən məlumat bazasında Azərbaycana dair Özbək dilində məlumatlar demək olar ki, yox səviyyəsindədir.

S.Abbasov bununla əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə təkliflə çıxış edib və nazirlik Beynəlxalq Elektron Ensiklopediyanın Azərbaycana dair Özbək bölməsinin yaradılması təklifini müsbət qiymətləndirib.

Bununla əlaqədar, xüsusi komissiya yaradılıb, özbək dilinə tərcümə ediləcək materiallar müəyyənləşdirilib, sistemləşdirilmiş və tərcüməçi alimlərlə (Usman Kuçkarov, Rüstəmcan Cabbarov, Şaxlo Kasımova) sözügedən materialların Azərbaycan dilindən Özbək dilinə tərcüməsinə dair razılıq əldə olunub.

Qeyd edək ki, Özbək dilində qlobal axtarış saytlarında "google.uz", "yandex.ru" və s. sistemlərdə sorğu verildikdə əsasən ilk mənbə kimi "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyasının məlumatlarına isnad edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR