Ukraynada ölən azərbaycanlı tələbənin nəşi vətənə gətirilib

Ukraynada ölən azərbaycanlı tələbənin nəşi vətənə gətirilib
# 02 noyabr 2016 09:52 (UTC +04:00)

Ukraynada Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin azərbaycanlı tələbəsi, yataqxananın 7-ci mərtəbəsindən yerə düşərək ölən Emil Abbaszadənin nəşi Azərbaycana gətirilib. APA-nın məlumatına görə, o, İmişli rayonunun Cəfərli kəndində dəfn olunacaq.

E. Abbaszadənin ölüm səbəbi dəqiq bəlli deyil. Polis bununla bağlı təhqiqat aparır. E. Abbaszadə ilə eyni yataqxanada yaşayan azərbaycanlı tələbə Nadir Muradov APA-ya bildirib ki, hadisənin şahidləri tələbənin özünü atdığını bildirirlər: “Həmin gün Azərbaycandan dayısı gəlmişdi. Bildirdi ki, ailədə heç bir problemi yoxdur. Hətta maddi cəhətdən də korluq çəkməyib, əksinə, ona evdən kifayət qədər pul göndəriblər. Hesab edirəm ki, onu ölümə vadar edən səbəblər olub və bu səbəblər Kiyevdə yaranıb. Yataqxanada qalan tələbələr çox həyəcanlıdır. Təəssüf ki, polisdən hələ heç nə demirlər”.

Qeyd edək ki, universitetin ikinci kurs tələbəsi, Azərbaycan vətəndaşı Abbaszadə Emil Mahir oğlu oktyabrın 26-da universitetin yataqxanasının 7-ci mərtəbəsindən düşərək ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR