UEFA Millətlər Liqasının divizionları və səbətlərinin ilkin tərkibi açıqlanıb

UEFA Millətlər Liqasının divizionları və səbətlərinin ilkin tərkibi açıqlanıb
# 18 noyabr 2016 12:03 (UTC +04:00)

UEFA Millətlər Liqasının divizionları və səbətlərinin ilkin tərkibi açıqlanıb. Apasport.az saytının məlumatına görə, 2019-cu ildə keçiriləcək yarışda komandaların alacağı yerlər DÇ-2014, AÇ-2016 və DÇ-2018-in nəticələrinə əsasən hesablanan UEFA əmsallarına uyğun müəyyənləşəcək.

55 milli 4 liqaya bölünəcək. Hazırkı vəziyyətə - ilk iki turnirin yekunları və DÇ-2018-in 4 seçmə oyunundakı nəticələrə əsasən Azərbaycan millisi C liqasında oynamalıdı. Komandamız hazırda burada sonuncu səbətin sonuncu komandasıdı. Yığmamız Kipr və Belarusla birlikdə liqanın ən zəiflərinin səbətindədi.

Qaydalara əsasən, A liqasında 12, B liqasında 12, C liqasında 15, D liqasında 16 komanda mübarizə aparmalıdı. Ötən aykı durumla müqayisədə liqaların tərkibində cəmi 2 dəyişiklik qeydə alınıb.

Türkiyə bizim də yer aldığımız C liqasından B-yə yüksəlibsə, Albaniya əks istiqamətdə hərəkət edib. C və D liqaları arasında da oxşar dəyişiklik olub. Burada Kipr yuxarı, Estoniya aşağı keçib. Bəzi komandaların yer alacağı səbətlər dəyişsə də, onlar öz liqalarında qalıb.

Qeyd edək ki, liqalar və səbətlərin yekun tərkibi DÇ-2018-in seçmə mərhələsindən sonra bəlli olacaq. Qrup mərhələsinin oyunları 2018-ci il sentyabr-noyabr aylarında keçiriləcək. 2019-cu ilin iyununda liqalarda “Dördlər finalı” baş tutacaq.

A liqası

1-ci səbət

Almaniya, Fransa, Belçika, Portuqaliya

2-ci səbət

Rusiya, İspaniya, İngiltərə, İtaliya

3-cü səbət

İsveçrə, Xorvatiya, Polşa, İslandiya

B liqası

1-ci səbət

Avstriya, Uels, Hollandiya, Ukrayna

2-ci səbət

Bosniya H., İrlandiya, Macarıstan, Slovakiya

3-cü səbət

İsveç, Rumıniya, Çexiya, Türkiyə

C liqası

1-ci səbət

Albaniya, Sloveniya, Ş.İrlandiya, İsrail

2-ci səbət

Yunanıstan, Monteneqro, Norveç, Danimarka

3-cü səbət

Şotlandiya, Serbiya, Bolqarıstan, Litva

4-cü səbət

Finlandiya, AZƏRBAYCAN, Kipr

D liqası

1-ci səbət

Belarus, Estoniya, Gürcüstan, Ermənistan

2-ci səbət

Latviya, Farer adaları, Qazaxıstan, Moldova

3-cü səbət

Lüksemburq, Makedoniya, Lixtenşteyn, Malta

4-cü səbət

Kosovo, San-Marino, Andorra, Cəbəllütariq

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR