Gəncədə yaşayış evində partlayış olub

Gəncədə yaşayış evində partlayış olub
# 27 yanvar 2017 06:52 (UTC +04:00)

Gəncə şəhərində yaşayış evində partlayış olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsindəki 9 mərtəbəli binanın 5-ci mərtəbəsindəki mənzildə baş verib.

Həmin ünvanda yaşayan, 1951-ci il təvəllüdlü Ulduz Hüseynova mənzildə qaz sobasını yandırarkən partlayış baş verib.

Nəticədə qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona başın, sifətin və hər iki əlin ağır dərəcəli yanığı diaqnozu qoyulub. Vəziyyətinin ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR