Ramil Usubov Lənkəranda vətəndaşları qəbul edəcək

Ramil Usubov Lənkəranda vətəndaşları qəbul edəcək
# 08 sentyabr 2017 14:39 (UTC +04:00)

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov sentyabrın 30-da saat 10:00-da Lənkəran Şəhər (Rayon) Polis Şöbəsində Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerik sakinlərini qəbul edəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR