“SOCAR İstiqrazları”nın satış qiyməti 1025 dollara yüksəlib

“SOCAR İstiqrazları”nın satış qiyməti 1025 dollara yüksəlib
# 03 noyabr 2016 11:42 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) nominal dəyəri 1000 ABŞ dolları olan SOCAR İstiqrazlarının alğı-satqısı davam edir.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, nöyabrın 2-də “SOCAR İstiqrazlarını” əldə etmək istəyənlər üçün satış qiyməti 1017,08 ABŞ dollarından baş tutub. Qeyd edək ki, bu qiymət istiqrazların nominal dəyəri olan 1000 ABŞ dollarından 1,71% yüksəkdir. Beləliklə, SOCAR İstiqrazları sahibinə ilk 3 ayın sonunda qazandıracağı 12,50 ABŞ dollarının üzərinə çıxaraq, 1017,08 dollardan satılıb.

SOCAR İstiqrazlarını” bu gün almaq istəyənlər üçün satış qiyməti 1025 ABŞ dolları təşkil edir.

Aldıqları istiqrazları satmaq istəyənlər isə həmin istiqrazları ən azı 1010 ABŞ dolları qiymətinə marketmeyker “PSG Kapital”a sata bilərlər.

Qeyd edək ki, 18 oktyabr – 2 noyabr 2016 tarixləri aralığında BFB-də “SOCAR İstiqrazları” üzrə 5 mln. 135 min 775,44 ABŞ dolları məbləğində alış-satış əməliyyatı baş tutub.

Xatırladaq ki, SOCAR İstiqrazları 2021-ci ilə qədər tədavüldə olacaq. İstiqrazların illik gəlirliliyi 5%-dir. Faizlər hər 3 aydan bir ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR